Futbol üzrə Ukrayna Premyer Liqasında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Pavel Paşayevin komandaları "Dnepr" və "Stal" da növbəti matçına çıxıb.
 
Sözügedən klublar bir-biri ilə qarşılaşıb. "Stal"ın meydanında baş tutan görüşdə qonaqlar qalib gəlib. Meydan sahiblərinin heyətində Nağıyev, qonaq komandada isə Paşayev start heyətdə meydana çıxıb. Pavel fasilədə əvəzlənibsə, Dmitri sonadək mübarizə aparıb.
 
"Stal" hazırda elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları arasında 37 xalla 1-ci, "Dnepr" isə 22 xalla 5-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp