Futbol üzrə İspaniya ikinci liqasında 39-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – "Kadis" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Kordoba" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.

Eddi bu görüşün 75-ci dəqiqəsində meydana çıxıb. 

"Kadis" 39 turdan sonra 60 xalla 22 klub arasında 5-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp