Futbol üzrə Portuqaliya çempionatında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun komandası – "Boavişta" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda çempionluğu daha öncə təmin etmiş "Benfika" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Emin bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. "Boavişta" isə mövsümü 43 xalla turnir cədvəlinin 9-cu pilləsində başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp