Futbol üzrə Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti matçına çıxıb.

Bursa klubu səfərdə "Antalyaspor"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Əsas komandadan uzaqlaşdırılan Yılmazın adı bu görüşün də iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Bursaspor" hazırda 35 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp