Futbol üzrə Xorvatiya ikinci liqasında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası – "Duqopolye" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Solin"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Elnurun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib. Buna səbəb isə onun hazırda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycanın U-23 yığmasının düşərgəsində olmasıdı.

Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 45 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp