Futbol üzrə Türkiyə 1-ci liqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – "Manisaspor" da son matçına çıxıb.

Sözügedən klub səfərdə "Boluspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.

Ufuk mövsümün son matçında oynamayıb. "Manisaspor" isə mövsümü 39 xalla 18 klub arasında 12-ci pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp