Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, 23 yaşadək futbolçulardan ibarət milli komandamız final matçına çıxıb.

Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığmamız həlledici oyunda Omanla qarşılaşıb. Üç qolun vurulduğu oyunda qalib tərəf Azərbaycan futbolçuları olub. Nəticədə, millimiz İslamiadanın futbol yarışlarının qalibi adını qazanıb. 

Bürünc medal uğrunda isə Kamerun və Əlcəzair yığmaları üz-üzə gəlib. Daha güclü olan Əlcəzair bürünc medallara sahib çıxıb.

IV İslam Həmrəyliyi Oyunları
21 may

3-cü yer uğrunda oyun

Əlcəzair – Kamerun – 2:0

Final

Azərbaycan – Oman – 2:1
Qollar: M.Mədətov, 17 (1:0). M.Mədətov, 27 (2:0). A.Y.Salaah, 56 (2:1).

Azərbaycan: 1. Şahruddin Maqomedəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 16. Elvin Camalov, 19. Məqsəd İsayev, 20. Azər Salahlı. 
Ehtiyat oyunçular: 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 10. Orxan Əliyev, 12. Tərlan Əhmədli, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 21. Vüqar Mustafayev, 22. Emil Balayev, 23. Fəhmin Muradbəyli.
Baş məşqçi: Yaşar Vahabzadə.
Oman: 2. Al-Saadi Hassan, 3. Al-Saadi Majid Saleem Al-Mas, 5. Al-Habsi Juma, 8. Al-Mamari Juma Mubarak Ambar, 9. Awlad Wadi Marwan, 11. Al Ghassani Muhsen, 12. Al Sawwafi İbrahim, 16. Al-Matroushi Ahmed, 20. Al-Yahyaei Salaah, 21. Al-Gheilani Abdul Aziz (k), 22. Al Balushi Bilal. 
Ehtiyat oyunçular: 1. Al-Mukhaini İbrahim, 4. Al Mahruqi Qadhafi, 6. Al Raqadi Muanis, 7. Al-Kaabi Ahmed, 10. Al Mukhaini Yusaif, 13. Obaid İssam, 14. Al-Shibli Muhannad, 15. Hikal Aiman, 17. Al Shayadi Ammar, 19. Al Tamtami Abdallah, 23. Abdullah Abdullah.
Baş məşqçi: Al-Azani Hamed.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp