İtaliya A Seriyasında çempion müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu gün 37-ci tur çərçivəsində doğma meydanda “Krotone”ni 3:0 hesabı ilə məğlub edən "Yuventus" sona 1 tur qalmış çempionatın qalibi olub. 

Beləliklə, son tur ərəfəsində “Yuventus”la onun ən yaxın izləyicisi “Roma” arasında 4 xallıq fərq dəyişməyib.

Qeyd edək ki, bu uğur sayəsində “Yuventus” dalbadal altıncı (ümumilikdə 33) dəfə İtaliya çempionu olub və yeni rekord müəyyənləşdirib. Buna qədər heç bir komanda 5 dəfədən artıq İtaliya çempionu olmamışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp