Futbol üzrə Almaniya ikinci Bundesliqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – "Ersgebirge" də son matçına çıxıb.

Sözügedən komanda səfərdə Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Dmitri start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. 22-ci dəqiqədə isə o, sarı vərəqə ilə cəzalanıb.

"Ersgebirge" 34 turda topladığı 39 xalla mövsümü 18 klub arasında 14-cü pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp