Bu gün IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları çərçivəsində final görüşü keçirilib. Futbolinfo.az xəbər verir ki, finalda Omanı 2:1 hesabı ilə məğlub edən milli komandamız İslamiadanın qızıl medalına yiyələnib.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Oman millisinin baş məşqçisi Həmid Əl-Əzəmi jurnalistlərin suallarını cavablandırıb:
 
– Öncə onu qeyd edim ki, yarış çox gözəl təşkil olunub. Əvvəlki yarışlara nisbətən bu yarışlarda daha yaxşı təşkilatçılıq gördük. Yarışın iştirakçılarına da buraya gəldikləri üçün təşəkkürümü bildirirəm.
Azərbaycan bu oyuna çox yaxşı hazırlaşmışdı. İlk hissədə çoxlu səhvlərimiz oldu. Rəqibimiz isə daha yaxşı və səhvsiz oynadı. İkinci hissədə hücum futbolu oynadıq. Buna baxmayaraq, məğlub olduq. Bu, bizim üçün çox böyük təcrübə oldu.
– Hakimlikdən narazılığınız varmı?
– Artıq oyun bitib. Hakimlərlə bağlı oyunu izləyənlər qiymət versin.
 
– Yarışa gənc oyunçularla qatılmışdınız…
– Qarşıdan Asiya çempionatı gəlir. Biz oraya hazırlaşacağıq. Bunadək biz bu yarışa gənc  futbolçularla hazırlaşırdıq. Bu yarışda onlara şans verməyə çalışdıq.
 
ELMAR ABDULLA-ZADƏ
 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp