İspaniya La Liqasında 2016/17 mövsümünə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son turda çempionun adına aydınlıq gəlib.

Lider “Real”ı “Malaqa”yla matçda 1 xal da qane edirdi. Lakin madridlilər gözlənildiyi kimi, səfərdəki bu görüşdə də qalib gələrək tarixində 33-cü dəfə İspaniya çempionu olub. Əlavə edək ki, “Kral klubu” son olaraq 5 il əvvəl – 2011/12 mövsümündə La Liqada qızıl medal qazanmışdı.

Son turda çempionluq şansı az da olsa qalan “Barselona” isə öz meydanında “Eybar”a qalib gəlib. Amma bu, “Real”ı çempionluğunun qarşısını ala bilməyib. Nəticədə, Kataloniya təmsilçisi gümüş medallarla kifayətlənməli olub. Madrid "Atletiko"su isə bürünc medallara sahib çıxıb.

Mövsümün yekunlarına görə, "Real", "Barselona" və "Atletiko" UEFA Çempionlar Liqasının birbaşa qrup mərhələsində oynamaq hüququ qazanıblar. 4-cü pilləni tutan "Sevilya" ÇL-in təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. "Vilyarreal"la "Real Sosyedad" isə İspaniyanı Avropa Liqasında təmsil edəcək.

Son üç pillədə qərarlaşan "Sportinq", "Osasuna" və "Qranada" isə elitanı tərk edib.

İspaniya La Liqası
38-ci tur

“Qranada” – “Espanyol” – 1:2

“Sportinq” – “Betis” – 2:2

“Leqanes” – “Alaves” – 1:1

“Deportivo” – “Las Palmas” – 3:0

“Sevilya” – “Osasuna” – 5:0

“Atletiko” – “Atletik” – 3:1

“Selta” – “Real Sosyedad” – 2:2

“Valensiya” – “Vilyarreal” – 1:3

“Barselona” – “Eybar” – 4:2

“Malaqa” – “Real” – 0:2

 

1
Real
38
29
6
3
106
41
65
93
2
Barselona
38
28
6
4
116
37
79
90
3
Atletiko
38
23
9
6
70
27
43
78
4
Sevilya
38
21
9
8
69
49
20
72
5
Vilyarreal
38
19
10
9
56
33
23
67
6
Real Sosyedad
38
19
7
12
59
53
6
64
7
Atletik
38
19
6
13
53
43
10
63
8
Espanyol
38
15
11
12
49
50
-1
56
9
Alaves
38
14
13
11
41
43
-2
55
10
Eybar
38
15
9
14
56
51
5
54
11
Malaqa
38
12
10
16
49
55
-6
46
12
Valensiya
38
13
7
18
56
65
-9
46
13
Selta
38
13
6
19
53
69
-16
45
14
Las Palmas
38
10
9
19
53
74
-21
39
15
Betis
38
10
9
19
41
64
-23
39
16
Deportivo
38
8
12
18
43
61
-18
36
17
Leqanes
38
8
11
19
36
55
-19
35
18
Sportinq
38
7
10
21
42
72
-30
31
19
Osasuna
38
4
10
24
40
94
-54
22
20
Qranada
38
4
8
26
30
82
-52
20
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp