Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) mövsümün sonuncu – 42-ci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də son matçına çıxıb.

Sözügedən klub səfərdə "Braqa"nın ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nəsirov mövsümün son matçının iştirakçısı olmayıb.

"Sportinq"in ikinci komandası mövsümü 55 xalla 22 komanda arasında 14-cü pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp