Futbol üzrə Latviya birinci liqasında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası – "Olayne" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Valmiera" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Start heyətdə meydana çıxan Vüqar 80-ci dəqiqədə əvəzlənib.

"Olayne" 6 turdan sonra 10 xalla 14 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp