Binə stadionunda U-13 qızlar Liqasının 2016/17-ci il mövsümünün qalibləri mükafatlandırılıb. Futbolinfo.az xəbər verir ki, III yer uğrunda oyunda “Şəki” 3:2 hesabı ilə “Zaqatala”nı məğlub edib. 

Finalda “Veqa” üzərində 4:0 hesablı qələbə qazanan “Təhsil” FM liqanın qalibi olub.

U-13 qızlar Liqasının ən yaxşı oyunçusu "Təhsil" FM-in futbolçusu İlahə Əkbərova seçilib. Ən məhsuldar oyunçu  65 qolla "Şəki" FK-dan Nahidə Məmmədova olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp