2017/2018 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunu heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, sözügedən klub ötən mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Rəşad Eyyubovla güclənib. 

24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olan Rəşad Eyyubov mütəmadi olaraq, Azərbaycanın U-17, U-19, U-21 və A milli komandalarının şərəfini qoruyub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp