Gələn mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” təlim-məşq toplanışını xaricdə keçəcək. Futbolinfo.az xəbər verir ki, “qartallar” əvvəlki illərdə olduğu kimi, yenə Türkiyənin Bolu şəhərinə yola düşəcək.

Komanda iyunun 10-da qardaş ölkəyə yollanacaq. Ayın 21-nə kimi burada hazırlıq keçəcək komanda Boluda “Termal” otelində qalacaq. Zirəlilər bu müddətdə 3 yoxlama oyunu keçirəcək. Hələ ki, matçların tarixi və rəqiblərin kimliyinə aydınlıq gəlməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp