İlqar Qurbanovun “Qarabağ”dan ayrılmasından sonra təcrübəli müdafiəçinin hansı kluba keçəcəyi gündəmi zəbt edib. Müdafiəçiyə maraq göstərən klublar sırasında “Səbail”, “Neftçi” və “Sumqayıt”ın adı hallansa da, o, fərqli məkanı seçib.
 
Qurbanov “Qəbələ”ylə ortaq məxrəcə gəlib. Hazırda istirahətdə olan 31 yaşlı futbolçu iyun ayında rəsmi müqaviləyə imza atacaq (sport24).
 
Qeyd edək ki, “Fənərbaxça”nın yetirməsi olan Qurbanov 2011-ci ildən “Qarabağ”ın şərəfini qoruyurdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp