Avropa Liqasına vəsiqə qazanan "Zirə” transfer çalışmalarını davam etdirir. Qəsəbə təmsilçisi 1+1 şərti ilə müqaviləsi olan Yovan Krnetanı növbəti mövsümdə də sıralarında saxlayacaq. Viktor İqbekoyi da sözləşməsinin müddətini 1 il uzadacaq.
 
İndi zirəlilər əsas diqqəti müqaviləsi başa çatan legionerlərlə danışıqlara yönəldib. Bu prosesin mayın 25-dək yekunlaşdırılması nəzərdə tutulub.  "Qartallar" son olaraq Nurlan Novruzovla yollarını ayırıb. Riçard Qadze isə öz istəyi ilə düşərgədən gedib.
 
Cinah yarımmüdafiəçiləri – Cavid Tağıyevlə Murad Səttarlının gedişi gündəmdə olsa da, onlar mayın 25-də növbəti mövsümdə hazırlıqda iştirak etmələri nəzərdə tutulub. Çünki daha 1 illik müqavilələri var. Bu üzdən bağlı olduqları klubları düşərgələrinə gəlməlidilər.
 
Ancaq hər iki futbolçu daha çox oynamaq istədiklərindən gedişləri gündəmdən düşməyib. Onları heyətində görmək istəyən klublar transferi "Zirə" ilə razılaşdırmalıdılar. Sportinfo.az-ın məlumatına görə, Cavid "Sumqayıt"la, Murad isə "Səbail"lə anlaşıb. Sadəcə, heç biri "Zirə"yə pul ödəmək fikrində deyil.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp