AFFA-nın baş katibi Elxan Məmmədov bu gün jurnalistlər üçün brifinq keçirib. O, qələm əhli ilə söhbətində Premyer Liqada klub sayının dəyişməyəcəyini növbəti dəfə bildirib.
 
Məmmədova inansaq, elitaya lisenziya ala bilməyən klublardan heç biri növbəti dəfə buna cəhd göstərməyib: “I divizion klublarına apellyasiya müraciəti üçün 10 gün vaxt verilmişdi və artıq son gündü. Bugünə qədər heç bir komanda müraciət etməyib. Buna görə də apellyasiya baş tutmayacaq. Yarışa lisenziya almış 8 komanda ilə davam edəcəyik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp