Milan"la müqaviləsi başa çatan Keysuke Honda komandadan ayrılacağını açıqlayıb. Yaponiyalı yarımmüdafiəçi sosial şəbəkə vasitəsi ilə azarkeşlərlə vidalaşıb: “Əziz “Milan” azarkeşləri, hamınız sağ olun. Komandada 3 il yarım çıxış etdim. Düzdü, mənə asan olmadı, ancaq bu müddət ərzində şəxsiyyət kimi formalaşdım. Artıq mövsümün sonudur, müqaviləm başa çatır və “Milan”ı tərk edirəm. Ancaq ümid edirəm ki, tezliklə sizinlə görüşəcəm”.
 
31 yaşlı futbolçu 2014-cü ildən “Milan”da çıxış edirdi. O, bu müddət ərzində 90 oyuna 11 qol vurub.
 
"Milan" yeni mövsüm üçün ilk transferini də reallaşdırıb. Gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq "qırmızı-qaralar" "Vilyarreal"ın futbolçusu Mateo Musakkionu heyətinə cəlb edib. Dünən tibbi müayindən keçən 26 yaşlı müdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacağı bildirilib.
9k= - Futbolinfo.az
 
Qeyd edək ki, Mateo Musakkio "River Pleyt"in yetirməsidir. O, 2010-cu ildən İspaniya klubunda çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp