Portuqaliyanın “Nasional” klubunun futbolçusu Nelson Bonilya yenidən karyerasını azərbaycanda davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib:

“Azərbaycanın Avropa Liqasına vəsiqə qazanan klubundan təklif almışam. Lakin qərarımı verməmişəm. Çox ağır mövüm keçirmişəm. Bu barədə düşünmürəm. Hansı qərarı verəcəyimi də bilmirəm. İndi ancaq istirahət barədə düşünürəm, çünki buna ehtiyacım var”.
 
Salvadorlu hücumçu 2015/16 mövsümündə 14 qolla Azərbaycan Premyer Liqasının bombardirlər yarışında 2-ci olub. Bonilya bu ilin yanvar ayında Türkiyə I Liqasında çıxış edən “Qaziantep BB” klubuna icarəyə verilib.

Shares: