Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə növbəti oyunlar baş tutub. Futbolinfo.az xəbər verir ki, öncə 1/4 final mərhələsinin oyunları keçirilib. 

Qrup mərhələsini uğurla adlayan “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstan təmsilçisi “Saburtalo” ilə qarşılaşıb. Qolsuz bərabərliklə başa çatan görüşün taleyi penaltilər seriyasında həll olunub. Meydan sahibləri oyunsonrası seriyada daha sərrast olub – 5:4.

5-8-ci yerlər uğrunda mübarizə aparmalı olan “Qəbələ” “Neftçi” İK İB ilə üz-üzə gəlib. Cuma Hüseynov, Samir Musayev və Ziya Şekerxanovun fərqləndiyi oyunda “qırmızı-qaralar” böyükhesablı qələbə qazanıb – 3:0. 

"Qəbələ" sabah baş tutacaq 5-ci yer uğrunda matçda “Qarabağ”la qarşılaşacaq.

Shares: