Futbol üzrə Ukrayna Premyer Liqasında mövsümün sonuncu – 32-ci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası – "Dnepr" də son matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Volın"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunu başa vura bilməyib. Belə ki, ikinci hissə başlayan kimi azarkeşlərin çoxsaylı pirotexniki vasitələrdən istifadə etməsi matçı davam etdirməyə imkan verməyib. Bu üzdən də hakim bu görüşü "Dnepr" 1:0 öndə olarkən dayandırıb.

Start heyətdə meydana çıxan Nağıyev matç dayandırılana qədər oynayıb.

Qeyd edək ki, "Dnepr" mövsümü elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları arasında 22 xalla 5-ci pillədə başa vurub. Bu isə futbolçumuzun klubunun elita ilə rəsmən vidalaşması deməkdi. Sözügedən komanda növbəti mövsümdən aşağı divizionda çıxış edəcək.

Shares: