Futbol üzrə Ukrayna çempionatında mövsümün sonuncu – 32-ci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da son matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Vorskla" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.

Paşayev mövsümün son matçının iştirakçısı olmayıb.

Qeyd edək ki, "Stal" mövsümü 41 xalla ikinci altılıqda yer alan və elitada qalmaq uğrunda mübarizə aparan komandalar 2-ci pillədə başa vurub.

Shares: