Futbol üzrə Türkiyə kubokunda 2016/17 mövsümünə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, finalda “Başakşəhər” və “Konyaspor” qarşılaşıb.
Eskişehirdə keçirilən final matçının əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda da qalib aşkarlanmadığından, finalın taleyini penaltilər seriyası həll edib.
Burada daha dəqiq oynayan “Konyaspor” tarixində ilk dəfə olaraq Türkiyə kubokuna sahib çıxıb.
“Başakşəhər” isə ikinci dəfə yüksəldiyi kubokun finalında yenə də məğlubiyyət acısı yaşayıb.
Türkiyə kuboku
Final
31 may
“Başakşəhər” – “Konyaspor” – 0:0 (pen. – 1:4)