Rusiyanın “Rostov” klubunun vitse-prezidenti və məşqçisi Qurban Berdıyev komandadan ayrılıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klub Berdıyevə bundan sonrakı fəaliyyətində uğrular arzulayıb.
Türkmənistanlı mütəxəssisin sabiq komandası "Rubin"ə qayıdacağı gözlənilir.
Qeyd edək ki, 64 yaşlı Berdıyev 2001-2013-cü illərdə də “Rubin”də çalışıb. Onun rəhbərliyi altında Kazan klubu 2 dəfə Rusiya çempionu, 2 dəfə superkubokun, 1 dəfə isə kubokun qalibi olub. Berdıyev 2014-cü ildən "Rostov"da çalışırdı.