“Lukoil” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərov Moskva “Spartak”ına sponsorluqdan danışıb. Futbolinfo.az xəbər verir ki, o, bu kluba şirkət tərəfindən ayrılan maliyyənin artırılmayacağını bildirib: 

“Spartak”ın maliyyəsini artırmayacağıq. Baxmayaraq ki, onlar Çempionlar Liqasına vəsiqə qazanıb və Rusiya çempionu olub. Moskva klubu bir nömrəli klub turnirində yaxşı çıxış etsə, pul qazana bilər. Komanda mütləq qazanmalıdı, gəlir götürməlidi. Biz maliyyəni nə azaldacaq, nə də artıracağıq. Eyni zamanda baş sponsor kimi qalacağıq”.

Shares: