"UNICEF Azerbaijan"ın ofisində AFFA-nın U-16 qızlar Liqası turnirinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, müğənni Samira Allahverdiyeva iştirak edib. 

Liqanın ən yaxşı oyunçusu “Mingəçevir” FK-nın futbolçusu Nigar Mirzəliyeva seçilib. Ən məhsuldar oyunçu 47 qolla “Təhsil” FM-in futbolçusu Sona Rəhimova olub. Ən yaxçı məşqçi nominasiyasında “Təhsil” FM-in məşqçisi Elvin Həmidov təltif edilib.

Xatırladaq ki, liqanın qalibi “Təhsil” FM komandası olub. “Mingəçevir” FK ikinci, “Fidan” FK isə üçüncü yeri tutub.

Shares: