“Qarabağ” “İnter”dən transfer etdiyi Abbas Hüseynovu sifariş etməyib. Bakılıların yeni rəhbəri Zaur Axundov Ağdam təmsilçisinin rəhbərliyindən klubla ikiiilik müqavilə bağlayan Abbasın adının hələ AFFA-ya göndərilməməsini xahiş edib.
 
Belə ki, məlum transfer qadağasıyla üz-üzə qalan Bakı klubu Hüseynovun xidmətindən Avroliqanın təsnifat mərhələsinin oyunlarında yararlanmaq niyyətindədi. Ağdamlılar onu sifariş etməyincə AL-də "İnter"in formasıyla top qova bilər.
 
“İnter”i “Neftçi”yə dəyişən qapıçı Səlahət Ağayevlə bağlı da vəziyyət eynidi. “Ağ-qaralar” qeyri-rəsmi razılaşmaya əsasən, qolkiperin avrokuboklarda sabiq “bankirlər”ə kömək etməsinə mane olmayacaq (fanat).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp