DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununa bilet satışı davam edir. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, ötən günə qədər bu matça 12500 bilet satılıb.

Oyun günü yaxınlaşdıqca bilet satışında da artım olacaq. İstisna edilmir ki, bu oyunda anşlaq yaşansın.

Qeyd edək ki, millimiz Şimali İrlandiyanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Sözügedən oyun iyunun 10-da keçiriləcək və saat 20:00-da start götürəcək.

Bu arada Şimali İrlandiya yığmasının Bakıya nə vaxt gələcəyi də dəqiqləşib. AFFA-dan aldığımız bilgiyə görə, millimizin rəqibi ölkəmizə oyundan iki gün öncə – iyunun 8-də təşrif buyuracaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp