DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Avropa zonası üzrə 6-cı tura start verilib. Futbolinfo.az xəbər verir ki, ötən gecə A, B və H qruplarında növbəti oyunlar keçirilib.

A qrupunda lider Fransa əsas rəqiblərindən olan İsveçlə üz-üzə gəlib. Qarşılaşma fransızların ilk məğlubiyyəti ilə başa çatıb. Hollandiya doğma meydanda Lüksemburqu darmadağın edib. Belarus isə Bolqarıstanı məğlub etməklə cari tsikldə ilk qələbəsini rəsmiləşdirib.
 
B qrupunun lideri İsveçrə səfərdə Farer adalarını məğlub etməklə yüz faizlik nəticə göstərməyə davam edir. Qrup ikincisi Portuqaliya da səfərdə Latviyadan güclü olub. Daha bir görüş Andorra və Macarıstan arasında baş tutub. Macarlar bu dueldən məğlub ayrılıblar. Nəticədə, andorralılar bu seçmə mərhələdə ilk dəfə 3 xala seviniblər.

H qrupunda isə Bosniya və Hersoqovina – Yunanıstan matçı günün mərkəzi oyunlarından biri olub. Bu görüşdə hesab açılmayıb. Əvəzində lider Belçika Estoniya ilə dueldən qələbə ilə ayrılıb. Autsayder Cəbəllütariq isə Kiprlə görüşdə ardıcıl 6-cı məğlubiyyətinə üzülüb.

DÇ-2018-in seçmə mərhələsi
9 iyun

A qrupu

Belarus – Bolqarıstan – 2:1

Hollandiya – Lüksemburq – 5:0

İsveç – Fransa – 2:1

İsveç – 13, Fransa – 13, Hollandiya – 10, Bolqarıstan – 9, Belarus – 5, Lüksemburq – 1.

B qrupu

Andorra – Macarıstan – 1:0

Farer Adaları – İsveçrə – 0:2

Latviya – Portuqaliya – 0:3
 
İsveçrə – 18, Portuqaliya – 15, Macarıstan – 7, Farer Adaları – 5, Andorra – 4, Latviya – 3.

H qrupu

Bosniya və Herseqovina – Yunanıstan – 0:0

Cəbəllütariq – Kipr – 1:2

Estoniya – Belçika – 0:2

Belçika – 16, Yunanıstan – 12, Bosniya və Herseqovina – 11, Kipr – 7, Estoniya – 4, Cəbəllütariq – 0. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp