Almaniyanın II Bundesliqa təmsilçisi “Ersgebirge” baş məşqçisiz qalıb. Futbolinfo.az xəbər verir ki, sözügedən komandanı çalışdıran Domeniko Tedesko əsas Bundesliqada çıxış edən “Şalke” ilə anlaşıb.

O, helzenkirhenlilərlə 2017/18 mövsümünün sonuna kimi müqavilə imzalayıb. Artıq "Şalke" Tedeskonun təyinatı ilə bağlı rəsmi saytında açıqlama da yayıb.

Bu ilin əvvəlində Aue təmsilçisinə baş məşqçi təyin olunan Domeniko yaxşı vəziyyətdə olmayan komandanı aşağı dəstəyə yuvarlanmaqdan xilas edə bilmişdi. Lakin onun gedişindən sonra "Ersgebirge" yeni baş məşqçi axtarmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, milli komandamızın oyunçusu Dmitri Nazarovun da formasını geyindiyi “Ersgebirge” italiyalı mütəxəssisin rəhbərliyi ilə liqanı 39 xalla 14-cü pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp