İtaliyanın "İnter" klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisini gözlənildiyi kimi, bundan sonra Luçano Spaletti çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 58 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, yeni klubunda işinə iyulun 3-dən etibarən başlayacaq.

Qeyd edək ki, L.Spaletti son mövsümdə "Roma"nın "sükanı arxasında" çalışırdı. Onun komandası A Seriyasını ikinci pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp