2018-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək Rusiya yığması daha bir yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, şimal qonşularımız Çili yığması ilə üz-üzə gəliblər.

İki qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Belə ki, 56-cı dəqiqədə Maurisio İsla çililəri hesabda önə keçirsə də, ruslar 67-ci dəqiqədə Viktor Vasinlə bərabərlik qoluna imza atıblar. Beləcə, bu görüş heç-heçə yekunlaşıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp