Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa zonasında Azərbaycan yığmasının da yer aldığı C qrupu ilə yanaşı, E və F qruplarında da 6-cı turun görüşləri baş tutub.
 
E qrupunda ilk pillədə qərarlaşan Polşa Rumıniyanı qonaq edib. Meydan sahibləri bu görüşdən də qələbə ilə ayrılıblar. Danimarka isə Qazaxıstan səfərindən qələbə ilə qayıdıb. Çernoqoriya da Ermənistanı darmadağınla yola salıb.
 
F qrupunda İngiltərə – Şotlandiya matçı prinsipiallığı ilə diqqət çəkirdi. 4 qolun vurulduğu bu qarşılaşmada qalib müəyyənləşməyib. Sloveniya qrupun aşkar autsayderi Maltanı qonaq edib və inamlı qələbəyə sevinib. Qrup ikincisi Slovakiya da Litva ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdən qonaq komanda çətin qələbə ilə ayrılıb.
 
DÇ-2018-in seçmə mərhələsi
10 iyun
 
E qrupu
 
Qazaxıstan – Danimarka – 1:3
 
Çernoqoriya – Ermənistan – 4:1
 
Polşa – Rumıniya – 3:1
 
Polşa – 16, Çernoqoriya – 10, Danimarka – 10, Rumıniya – 6, Ermənistan – 6, Qazaxıstan – 2.
 
F qrupu
 
Şotlandiya – İngiltərə – 2:2
 
Sloveniya – Malta – 2:0
 
Litva – Slovakiya – 1:2
 
İngiltərə – 14, Slovakiya – 12, Sloveniya – 11, Şotlandiya – 8, Litva – 5, Malta – 0.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp