Futbol üzrə İspaniya ikinci liqasında mövsümün sonuncu – 41-ci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – "Kadis" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Valyadolid"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

Millimizin düşərgəsində olan Eddinin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Kadis" 42 oyuna topladığı 64 xalla mövsümü 22 klub arasında 5-ci pillədə başa vurub. Bu isə futbolçumuzun komandasına La Liqaya sonuncu vəsiqə uğrunda mübarizə aparacaq 4 iştirakçı arasında yer almaq hüququ qazandırıb. "Kadis" elitaya çıxmaq üçün "Xetafe", "Tenerife" və "Hueska" ilə mübarizə aparacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp