DÇ-2018-in seçmə mərəhləsində Şimali İrlandiya ilə oyun millimizin heyətində yeni oyunçunun debütü ilə əlamətdar oldu. Futbolinfo.az xəbər verir ki, Riçard Almeyda əsas yığmamızla ilk matçına çıxıb.

“Qarabağ”ın yarımmüdafiəçisi komandanın tarixinə 6-cı braziliyalı kimi düşüb. Belə ki, bu günə qədər millidə 5 “sambaçı” çıxış edib. Almeydaya debüt edərək bu sayı bir nəfər də artırıb.
 
Onlar arasında rekordçu Leandro Qomeşdi. Cənubi amerikalı 18 matça çıxıb. Lakin hücumçu bu görüşlərdə qola həsrət qalıb.
 
Fabio Luis Ramim isə oyun sayında 2-ci, qol sayında 1-cidi. Sonradan Ramim adından imtina edib, milli tərzdə “Ramin” olan yarımmüdafiəçi 16 görüşdə 4 dəfə fərqlənib.
 
Müdafiəçi Ernani Pereyranın hesabında isə 12 oyun var. O, həmyerlisi Andre Ladaqanı 1 oyun qabaqlayır. Lakin sonuncu braziliyalıların yığmamızdakı ilk qolunun müəllifidi.
 
Yığma karyerası qısa olan Markus Ferreyra isə 2 dəfə meydana çıxıb.
 
Bir sözlə, millinin 24 illik tarixinə düşən 5 braziliyalı ümumilikdə 59 matçda 5 qol vurublar.

Almeyda Qətərlə yoldaşlıq oyununda debüt edən Mahir Mədətovun ardından millinin tarixinə düşüb. İlk rəsmi matçını 1992-ci ildə keçirən Azərbaycan millisinin 25 illik tarixindəki 229 matçda 220 futbolçu meydana çıxmışdı. 220-ci olan Mahirin ardından Almeyda 221-ciliyə sahib çıxıb. “Qarabağ”da çıxış edən braziliyalı iki dəfə milliyə çağrılsa da, sənədləşmə proseduru səbəbindən ilk dəfə irlandlarla görüşdə şans qazanıb. Apasport

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp