DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Futbolinfo.az xəbər verir ki, ötən gecə Avropa zonasında D, G və İ qruplarında da 6-cı turun görüşləri baş tutub.

D qrupunun şərikli liderlərindən olan Serbiya və İrlandiya müvafiq olaraq Uels və Avstriyanı qonaq edib. Hər iki qarşılaşma 1:1 hesabıyla başa çatıb. Qrupun digər matçında isə qonşu Gürcüstan yığması Moldova ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun vurulduğu bu oyunda da qalib müəyyənləşməyib.

G qrupunun favoritlərindən İspaniya səfərdə Makedoniya ilə üz-üzə gəlib və çətin qələbəyə sevinib. İtaliya isə doğma meydanda Lixtenşteynlə qarşılaşıb və darmadağına sevinib. İsrail – Albaniya görüşündə də qonaqlar qələbəni bayram edən tərəf olublar.

İ qrupunda lider Xorvatiya əsas izləyicisi İslandiyanın qonağı olub. İslandlar iddialı rəqibini məğlub yola salıblar. Qardaş ölkə Türkiyənin əsas yığması Kosovo səfərindən inamlı qələbə ilə qayıdıb. Daha bir maraqlı görüş isə Finlandiyada yerli komanda ilə Ukrayna arasında baş tutub. Bu matçda da qonaqlar qələbəni bayram ediblər.

DÇ-2018-in seçmə mərhələsi
11 iyun

D qrupu

İrlandiya  – Avstriya – 1:1

Moldova – Gürcüstan – 2:2

Serbiya – Uels – 1:1

Serbiya – 12, İrlandiya – 12, Uels – 8, Avstriya – 8, Gürcüstan – 3, Moldova – 2.

G qrupu

İsrail – Albaniya – 0:3

İtaliya – Lixtenşteyn – 5:0

Makedoniya – İspaniya – 1:2

İspaniya – 16, İtaliya – 16, İsrail – 9, Albaniya – 9, Makedoniya – 3, Lixtenşteyn – 0.

İ qrupu

Finlandiya – Ukrayna – 1:2

İslandiya – Xorvatiya – 1:0

Kosovo – Türkiyə – 1:4

Xorvatiya – 13, İslandiya – 13, Türkiyə – 11, Ukrayna – 11, Finlandiya – 1, Kosovo – 1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp