"Mançester Yunayted" ilk transferini açıqlayıb. Avropa Liqasının son qalibi "Benfika"dan Viktor Lindelofu heyətinə qatıb.
 
Futbolinfo.az xəbər verir ki, "Benfika" və futbolçu ilə razılıq əldə olunub. Viktor Lindelof tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. "Mançester Yunayted" transferin detallarını açıqlamasa da, ingilislərin bu keçidə görə "Benfika"ya 35,28 milyon avro ödəyəcəyi bildirilir. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp