Zlatan İbrahimoviç "Mançester Yunayted"dən ayrılır. İsveçli ulduz ABŞ-a köçür.
 
İspaniyanın məşhur nəşri “Marca”nın iddiasına görə, İbrahimoviç artıq "Los Anceles Qalaksi" ilə anlaşıb. Futbolçu yaxın günlərdə Kaliforniyaya gedərək müalicəsini davam etdirəcək və mart ayında başlayacaq MLS-ə qədər hazır olacaq.
 
Qeyd edək ki, İbrahimoviç bir müddət əvvəl verdiyi açıqlamaların birində ABŞ-da oynaya biləcəyini etiraf etmişdi. Görünür, aldığı son zədədən sonra o, Premyer Liqada yüksək səviyyədə oynaya bilməyəcəyini anlayıb və bu qərarı verib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp