Almaniya nəhəngi “Bavariya” yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir. Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisi “Verder”in yarımmüdafiəçisi Serj Qnabrini heyətinə cəlb edib.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək i, Qnabri ötən mövsüm Bundesliqada meydana çıxdığı 27 oyunda 11 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp