Cənubi Koreyada 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, İngiltərə yığması finalda Venesuelaya 1:0 hesabı ilə qalib gəlib.

Oyunda yeganə topu 35-ci dəqiqədə "Everton"un hücumçusu Dominik Kalvert-Lyuin vurub. 74-cü dəqiqədə Venesuala millisi penalti qazansa da, Adalberto Penyaranda fürsətdən yararlana bilməyib.

Beləliklə, İngiltərə yığması tarixində ilk dəfə 20 yaşlılar arasında dünya çempionu olub. Rekordçu isə 6 dəfə qızıl medal qazanmış Argentinadı.

Qeyd edək ki, bürünc medalı penaltilər seriyasında Uruqvaya 4:0 hesabı ilə qalib gəlmiş İtaliya qazanıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp