“Bakıdakı oyunun bizim üçün nə qədər ciddi olduğunu bilirdik. Bizim üçün ən vacib olan qələbə qazanmaq idi. Bunu bacardığımız üçün özümüzü xoşbəxt saya bilərik”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin futbolçusu Aaron Hyuz deyib. DÇ-2018-in seçmə mərhələsinin VI turu çərçivəsində baş tutan Azərbaycan – Şimali İrlandiya oyunundan sonra açıqlama verən futbolçu matç haqda fikirlərini bildirib. 37 yaşlı futbolçu qrupun ən vacib oyunlardan birində qələbə qazandılarını vurğulayıb:
 
“Bakıya gəzmək üçün yox, qələbə üçün gəlmişdik. İdeal oynadığımızı deyə bilmərəm. Çünki rəqib oyunun gedişi zamanı bizə çox çətinlik yaratdı. Xüsusən də ikinci hissədə rəqib futbolçuların qarşısını kəsmək bizim üçün çətin idi. Buna baxmayaraq, sonuncu dəqiqədə vurduğumuz qol sayəsində qələbə qazandıq. Vurduğu qola görə Stüart Dallasa təşəkkür edirəm. Düşünürəm ki, Azərbaycan üzərindəki qələbə bizim qrupdan çıxmaq şansımızı xeyli artırdı”.
 
Təcrübəli futolçu qrupdan çıxmaq şanslarını belə dəyərləndirib:
 
“Etiraf etmək lazımdır ki, qrupun lideri Almaniya millisidir və onlara çatmaq çox çətindir. Bizim isə ikincilik şansımız çox yüksəkdir. Azərbaycanla oyunda qazandığımız 3 xal şanslarımızı xeyli artırıb. Dayanmaq fikrində deyilik, qrup ikincisi ola bilərik. Bunun üçün çox çalışacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp