DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyun millimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Futbolinfo.az xəbər verir ki, matç yığmamızın heyətində debütlə əlamətdar olub.

Belə ki, 6 ildir karyerasını ölkəmizdə davam etdirən Riçard Almeyda ilk dəfə yığmanın forması ilə meydana çıxıb. “Qarabağ”ın yarımmüdafiəçisi əsas millinin formasını geyinmiş 221-ci futbolçu olub.
 
Almeyda həm də ölkəmizin futbol şərəfini qoruyan 47-ci əcnəbidir.
 
Bu vaxta qədər yığmamızda ən çox rusiyalı futbolçular çıxış ediblər – 19 nəfər.
 
Almaniyalı oyunçularda bu say 9-a, ukraynalılarda isə 6-a bərabərdi. Almeydanın gəlişi ilə braziliyalılar da ukraynalılara çatdı.
 
Yığmamızda hərəsindən bir nəfər olmaqla – bolqarıstanlı, gürcü, ispaniyalı, latviyalı, nigeriyalı, qazaxıstanlı və serbiyalı futbolçular da çıxış edib. Apasport

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp