Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama oyunlarının vaxtları və rəqiblər tam dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, iyunun 13-də keçiriləcək ilk yoxlama oyun8 17:30-da başlayacaq və rəqib əvvəldən deyildiyi kimi Kamerunun “Columbe Sportive” klubu yox, Bakı “İnter”i olacaq. 

Afrikalılarla isə “qartallar” iyunun 17-də üz-üzə gələcək. Bu qarşılaşma saat 17:00-da başlayacaq. 

İyunun 20-də keçiriləcək Rumıniya təmsilçisi “Vitorul”la oyun isə saat 17:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp