Futbol üzrə Gürcüstan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, "Neftçi"nin futbolçusu Georgi Navalovskinin də heyətində yer aldığı bu komanda D qrupu çərçivəsində səfərdə Moldova ilə qarşılaşıb.

Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2. 36-cı dəqiqədə 0:2 hesabıyla məğlub duruma düşən qonşu ölkə futbolçuları qalan dəqiqələrdə buraxılan topların əvəzini çıxa biliblər.

Start heyətdə meydana çıxan Navalovski 90 dəqiqə oynayıb. "Qəbələ"dən ayrılaraq Qazaxıstan "Tobol"una üz tutan Nika Kvekveskiri də 35-ci dəqiqədən etibarən meydana çıxıb.

Qeyd edək ki, Gürcüstan yığması 6 oyundan sonra 3 xalla qrup beşincisidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp