Son iş yeri Rusiya millisi olan italiyalı mütəxəssis Fabio Kapello özünə yeni komanda tapıb. Futbolinfo.az xəbər verir ki, o, Çinin "Szyansu Sunin" klubunun baş məşqçisi təyin edilib.

Bu barədə Çin komandasının rəsmi saytı məlumat yayıb.

Şənbə günü "Corriere dello Sport" nəşri 70 yaşlı italiyalı ilə il yarımlıq müqavilə imzalandığını və onun 10 milyon avro əmək haqqı alacağını yazıb.

Hazırda 12 turdan sonra "Szyansu Sunin" 8 xal ilə turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Komanda Kapellonun rəhbərliyi altında ölkə çempionatında ilk oyununu iyunun 18-də 13-ci tur çərçivəsində "Çançun Yatay" klubuna qarşı keçirəcək.

Qeyd edək ki, Çində Rojer Şmidt, Fabio Kannavaro, Qustavo Poyet, Luis Felipe Skolari və Manuel Pelleqrini kimi tanınmış məşqçilər çalışır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp