Futbol üzrə İspaniya La Liqasına son vəsiqə uğrunda mübarizə aparacaq Sequndanın 4 iştirakçısı arasında baş tutacaq pley-off oyunlarının püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilofovun çıxış etdiyi "Kadis"in də rəqibi müəyyənləşib.

Bu komandanın La Liqaya çıxmaq uğrunda mübarizədə ilk rəqibi "Tenerife" olacaq. Oyunlar iyunun 15-də və 18-də keçiriləcək. Cütün qalibi "Hueska" – "Xetafe" matçlarında sevinən tərəflə finalda qarşılaşacaq.
 
Final görüşləri iyunun 21-də və 24-də keçiriləcək.
 
Qeyd edək ki, La Liqaya "Levante" və "Jirona" klubları vəsiqəni təmin ediblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp