"Neftçi"nin U-14 komandasının iştirak etdiyi "Caspian Cup-2017” beynəlxalq turniri daha iki əlamətdar hadisə ilə yadda qalıb. Futbolinfo.az xəbər verir ki, Rusiyanın Mahaçqala şəhərində təşkil olunmuş yarışın ən yaxşı futbolçusuna "Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevskinin adını daşıyan mükafat təqdim olunub. 

Bu şərəfə Tiflis "Dinamo”sunun üzvü Georgi Abuaşvili layiq görülüb. "Neftçi”nin futbolçusu Mirəli Əhmədov isə turnirin ən yaxşı müdafiəçisi seçilib. Əhmədov Aleksandr Çivadzenin adını daşıyan mükafata sahib çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp