Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz karyerasını "Osmanlıspor"da davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, belə bir iddia ilə Türkiyə mətbuatı çıxış edib.

"Bursaspor"da əsas komandadan uzaqlaşdırılan və transferə çıxarılan 29 yaşlı forvardın “Osmanlıspor”la razılığa gəldiyi bildirilir. Qeyd olunur ki, paytaxt təmsilçisinin baş məşqçisi Hamza Hamzaoğlu “Bursaspor”dan tanıdığı yetirməsini yenidən ixtiyarında görməkdə israrlıdı. Məhz onun tələbindən sonra danışıqlara başlayan “Osmanlıspor” rəhbərliyi Dənizlə artıq anlaşıb. İndi qalır “Bursaspor”u bu keçidə razı salmaq. “Ağ-yaşıllar” müqavilə müddətinin sonuna 2 il qalan oyunçunun keçidinin əleyhinə deyil. Lakin bursalılar onu havayı yola salmaq istəmirlər.

Maraqlı məqamlardan biri də Hamzaoğlunun özünün "Osmanlıspor"dakı taleyinin qaranlıq qalmasıdı. Son günlərdə onun klub rəhbərliyi tərəfindən istefaya göndərildiyi barədə xəbərlər də yayılmaqdadı. Belə olan halda Türkiyə mətbuatının yaydığı son iddialardan hansının daha inandırıcı olduğunu müəyyənləşdirmək çətindi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp